Xəzinə öhdəlikləri hərracında 182 günlük müddəti olan 20 000 000 lari nominal qiymətli kağızlar satılıb
Gürcüstanın Milli Bankı Gürcüstan Maliyyə Nazirliyinin xəzinə öhdəlikləri hərracının nəticələrini dərc edir.
“Maliyyə Nazirliyinin xəzinə öhdəlikləri hərracında 182 günlük müddəti olan 20 000 000 lari nominal qiymətli kağızlar satılıb.
Hərracda üç kommersiya bankı iştirak edib. Tələb 40 000 000 lari təşkil edib. Minimal faiz dərəcəsi 10,490 faiz, maksimal faiz dərəcəsi 10,620 faiz, orta ölçülmüş faiz dərəcəsi isə 10,523 faiz müəyyən edilib”- deyə Milli Bankdan bildirilib.