Xəstəliklərə Nəzarət Mərkəzi koronavirusa qarşı peyvəndləmə ilə bağlı hesabat dərc edir
Xəstəliklərə Nəzarət Mərkəzi koronavirusa qarşı peyvəndləmə ilə bağlı hesabat dərc edir

 

2021-ci il martın 15-dən dekabrın 31-i də daxil olmaqla Gürcüstanda “Covid-19”-dan 385 peyvəndlənmiş, 10 532 peyvəndlənməmiş şəxs vəfat edib – bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəzin 2020-2021-ci illərə olan hesabatında deyilir.

Hesabata əsasən, bu dövr ərzində 8401 peyvənd olunmuş və 130 648 peyvənd olunmamış şəxsin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb. Bu göstəricilərə əsaslanaraq, Xəstəliklərə Nəzarət Mərkəzi “Covid-19” peyvəndinin xəstəxanaya yerləşdirilmə riskini 90,56 faiz azaltması nəticəsinə varıb. Reanimasiyaya yerləşdirilmə və kritik qayğıya ehtiyac peyvəndlənməmiş şəxslərlə müqayisədə 94,1 faiz azdır.

Hesabata əsasən , immunizasiyadan sonrakı dövrdə 7 ölüm halı qeydə alınıb. Tədqiqat nəticəsində məlum olub ki, yeddi ölüm halından beşi vaksinasiya bağlı deyil. Bir ölüm halı hələ də müzakirə mərhələsindədir , digəri isə sənədlərin xüsusi komitəyə təqdim edilməsinə qədər dayandırılıb.

Hesabata əsasən, 2021-ci il martın 15-dən dekabrın 31-i də daxil olmaqla Gürcüstanda ümumilikdə 2 milyon 514 min 871 peyvəndləmə aparılıb. Onlardan 1979-unda immunizasiyadan sonra yaranan reaksiya müşahidə olunub, 206 hal isə ciddi hesab olunur. Onlardan 177 pasiyentə təcili tibbi yardım göstərilib.

Bununla belə, hesabata əsasən, “Covid-19” pandemiyasının başlandığı gündən 2022-ci il yanvarın 1-dək Gürcüstanda 10 687 hamilə qadın virusa yoluxub. Həmin dövrdə həkimlər tərəfindən antenatal nəzarətdə 129 341, 2020-ci ildə 66 359, 2021-ci ildə -62 982 hamilə qadın olub.

Hamilə qadınlar arasında təsdiqlənmiş yoluxma hallarının ən yüksək nisbəti 25-29 yaş qrupuna düşür. Hamilə qadının yaşadığı bölgə üzrə təsdiqlənmiş halların payı Tbilisi, İmereti və Acharada yüksəkdir.

2022-ci ilin yanvarın 1-nə olan vəziyyətə əsasən, ümumilikdə 159 977 uşaq və yeniyetmə koronavirusa yoluxub ki, bu da təsdiqlənmiş halların 17,1 faizini təşkil edir. Uşaqlarda və yeniyetmələrdə test yoluyla təsdiqlənmiş koronavirusa yoluxma hallarının 49 faizi qızlarda, 51 faizi isə oğlanlarda qeydə alınıb.

Bununla yanaşı, 2021-ci il dekabrın 14-dən cari il yanvarın 23-ü də daxil olmaqla “Omikron” ştamına qeydə alınmış 1532 yoluxma halından 38 pasiyentin xəstəxanaya yerləşdirilməsinə zərurət yaranıb, üç halda yoluxma ölümlə nəticələnib.