Xavier Kolomina - NATO Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, Rusiyanı Gürcüstandan hərbi qüvvələrini çıxarmağa çağırır
Xavier Kolomina - NATO Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, Rusiyanı Gürcüstandan hərbi qüvvələrini çıxarmağa çağırır

 

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina “Twitter” səhifəsində avqust müharibəsi haqqında yazır.

Kolominanın sözlərinə görə, NATO Gürcüstanı qətiyyətlə dəstəkləyir.

“Madrid sammitində təsdiq olunduğu üzrə , NATO Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və yenə də Rusiyanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə və hərbi qüvvələrini Gürcüstandan çıxarmağa çağırır”-deyə Kolomina yazır.