Xavier Kolomina - NATO Gürcüstanın Sxinvali bölgəsində keçirilən seçkilərin legitimliyini tanımır, alyans Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməyə davam edir
Xavier Kolomina - NATO Gürcüstanın Sxinvali bölgəsində keçirilən seçkilərin legitimliyini tanımır, alyans Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməyə davam edir

 
NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina, işğal altındakı Sxinvali bölgəsində qondarma parlament seçkilərinin keçirilməsinə münasibət bildirir.

“NATO Gürcüstanın Sxinvali bölgəsində keçirilən seçkilərin legitimliyini tanımır. Alyans Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edir”- Kolomina sosial şəbəkədə yazır.