Xatuna Zaxaşvili-sentyabrda tədris və tərbiyə prosesləri  bərpa olunduqda,uşaqların gündəlik olaraq  qəbulu düzgün aparılmalı və gigyenanın qorunması üçün yaxşı vasitələr olmalıdır
Xatuna Zaxaşvili-sentyabrda tədris və tərbiyə prosesləri bərpa olunduqda,uşaqların gündəlik olaraq qəbulu düzgün aparılmalı və gigyenanın qorunması üçün yaxşı vasitələr olmalıdır

Tədris və tərbiyə müəssisələrində uşaqlar üçün  gigyenanın  qorunmasının yaxşı vasitələri olmalıdır- bu barədə XNMM-in Yoluxucu Xəstəliklər Şöbəsinin rəhbəri,Xatuna Zaxaşvili bildirib.

Onun sözlərinə görə, tədris prosesi  bərpa olunan  zaman,  tədris və tərbiyə müəssisələrinə uşaqların gündəlik olaraq qəbulunun düzgün aparılması olduqca mühümdür.

” Uşaqların toplandığı yerlərdə, məsələn təhsil və tədris müəssisələrində  , profilaktik tədbirlər yenə də yeganə vasitə olaraq qalır; Sentyabr ayında, təhsil və tərbiyə prosesləri bərpa edildikdə, uşaqların gündəlik olaraq  qəbulu düzgün aparılmalıdır; Təhsil və tərbiyə müəssisələrində gigiyena qaydalarına riayyət etmək , eləcə də  şagirdlər və  körpə uşaqlarda  düzgün gigiyena  qaydalarının formalaşması üçün   yaxşı vasitələr olmalıdır ki,onların sağlamlıqları qorunmuş olsun.Bu qaydalara riayyət etmək təkcə korona deyil, bir çox xəstəlikləri dəf etmək  üçün  vacibdir “-deyə Xatuna Zaxaşvili bildirib.

 

 

Hazırladı –Sevinc Mustafayeva