Xatia Dekanoidze - İstənilən vicdanlı polis strukturda olmalıdır, islahatdan sonra vicdansız polis və prokuror qalmamalıdır
İstənilən vicdanlı polis strukturda olmalıdır, islahatdan sonra vicdansız polis və prokuror isə qalmamalıdır- bu haqda müxalifətçi deputat Xatia Dekanoidze açıqlayıb.
Müxalifətçi deputat Qubaz Sanikidzenin “Polislər ! seçim olmayacaq, zabitlər korpusu, yuxarı və orta təbəqə işdən qovulacaqsınız, növbəti hakimiyyət sizi mütləq cəzalandıracağıq”-deyə bəyanatı ilə bağlı Dekanoidzeyə sual verilib.
“Hüquq-mühafizə orqanlarında islahatlar aparılmalıdır. Hər zaman polis islahatının böyük tərəfdarı olduğumu bilirsiniz və həmçinin, DTX, prokurorluqda islahatlar aparılmalıdır. Gürcüstana xidmət edən istənilən vicdanlı polis strukturda olmalıdır. İslahatdan sonra vicdansız polis və prokuror isə qalmamalıdır. Mən bir çox vicdanlı insan olan polis tanıyıram, amma təəssüf ki, gənclərə qarşı zorakılıq edən çoxlu polislər var. Buna görə də istənilən halda bütün vicdanlı polislər dəstəyə layiqdirlər”- Xatia Dekanoidze açıqlayıb.