Xatia Dekanoidze - hökumət hər vasitə ilə hakimiyyəti qoruyub saxlamaq istəyir, olduqca ağır vəziyyətdədirlər
Xatia Dekanoidze - hökumət hər vasitə ilə hakimiyyəti qoruyub saxlamaq istəyir, olduqca ağır vəziyyətdədirlər

 

“Milli Hərəkat”-ın üzvü Xatia Dekanoidzenin sözlərinə görə, hökumət hər vasitə ilə hakimiyyəti qorumağa çalışır.

Xatia Dekanoidze, Karelidə “Mtavari Arxi”-nin operatorunun xəsarət almasından danışarkən qeyd edib ki, dünən baş verən insident ölkənin nə qədər ağır vəziyyətdə olduğunu bir daha sübut edir.

“İlk növbədə, həqiqətən bu cəbhənin ön xəttində olan və “Gürcü Arzusu”-nun qəddar yanaşmasına qarşı mübarizə aparan bütün jurnalistlər və operatorlara həmrəyliyimi bildirirəm. İnsanı, jurnalisti, operatoru birbaşa ikinci mərtəbədən atıblar, hamımız çəkişmənin baş verdiyini gördüyümüz halda, daha sonra həyasızcasına deyirdilər və Mdinaradze təkrar edirdi ki, özü düşüb. Bu səbəbdən, bu ölkənin nə qədər ağır vəziyyətdə olduğunu, mediaya və jurnalistlərə, operatorlara necə münasibət bəsləndiyini bir daha sübut edir və ümumiyyətlə, bütün vasitələrlə iqtidarda qalmaq istəyən hökumətin əhval-ruhiyyəsini göstərir, o cümlədən DTX agentləri ilə bağlı sualları bəyənmirlər. İndi eyni ilə DTX və KTD-nin keçmiş agentlərini “Gürcü Arzusu”-nun merliyə namizədi olaraq təklif edirlər. Bu səbəbdən bu aqressiya və siyasi apektə düşmələri, onların çox ağır vəziyyətdə olduqları mənasına gəlir “-deyə Xatia Dekanoidze bildirir.