Xatia Dekanoidze - Gürcüstanın bəlli siyasi lideri yoxdur, bu da koalisiya hökuməti üçün yaxşıdır
Xatia Dekanoidze - Gürcüstanın bəlli siyasi lideri yoxdur, bu da koalisiya hökuməti üçün yaxşıdır

 

Gürcüstanın bəlli siyasi lideri yoxdur, bu, koalisiya hökuməti üçün yaxşıdır- bu haqda müxalifətçi deputat Xatia Dekanoidze açıqlayıb.

Onun sözlərinə görə, Gürcüstan vətəndaşlarının oktyabrın 26-da seçim etmələri ən önəmli məsələdir.

“Davit Sağvarelidzenin bəyanatını dinləməmişəm, amma mənim üçün ən önəmlisi odur ki, oktyabrın 26-da Gürcüstan vətəndaşları öz seçimini ifadə etsinlər və bu seçim hər bir vətəndaşın liderliyi ilə olmalıdır. Siyasi liderlərə gəlincə, indi Gürcüstanın bəlli siyasi lideri yoxdur, bu, koalisiya hökuməti üçün yaxşıdır, buna görə fikrimcə, hamımızın hər bir vətəndaşın iştirakının zəruri olduğunu başa düşməsi çox önəmlidir”- Xatia Dekanoidze açıqlayıb.

Gürcüstan və Ukrayna baş prokurorlarının sabiq müavini Davit Sağvarelidze Ukrayna mediasına söhbətində bildirib ki, gürcü cəmiyyəti gürcü Zelenskinin ortaya çıxmasını gözləyir və bu, yaxın zamanda baş verə bilər.