Xaşuri Munisipalitetində Nabaxtevi kəndi ilə birləşdirici körpü uçub
Xaşuri Munisipalitetində Nabaxtevi kəndi ilə birləşdirici körpü uçub

 
Xaşuri Munisipalitetində Nabaxtevi kəndi ilə birləşdirici körpü uçub.
Dünən axşam saatlarında Cheratxevi çayı üzərindəki körpü uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Ərazidə meriyanın müvafiq xidmətləri çalışır, səhər saatlarından körpü sökülür. Yolda hərəkəti məhdudlaşdıran baryerlər qurulub.

Yerli sakinlərin qeyd etdikləri kimi, körpü köhnə olsa da, zərər görməyibmiş. Xaşuri Munisipalitetinin Meriyasından bildirilib ki, 2021-ci ildə kənddə yol çəkilən zaman körpünün üzərinə asfalt döşənib. Bu mərhələdə səbəblər müəyyənləşdirilir.

Körpü bərpa olunana qədər əhali Nabaxtevi kəndi ilə birləşdirici mövcud alternativ körpüdən istifadə edəcək.