Xaşuri Bələdiyyəsinin Taşiskari kəndi yaxınlığında, Ğeli istiqamətində dağ yamacından torpaq kütləsi və ağaclar sürüşüb
Xaşuri Bələdiyyəsinin Taşiskari kəndi yaxınlığında, Ğeli istiqamətində dağ yamacından torpaq kütləsi və ağaclar sürüşüb

Xaşuri bələdiyyəsinin Taşiskari kəndi yaxınlığında Ğeli istiqamətində dağ yamacından torpaq kütləsi və ağaclar sürüşüb, – bu barədə Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

“Sürüşmə proseslərinin ağır nəticələrinin inkişafının qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin baş idarəsinin, mərkəzi əlaqələndirmə bölməsinin, mülki təhlükəsizlik və yanğından mühafizə bölmələrinin dəstələri bütün müvafiq texnika və yanğın-xilasetmə qrupları dərhal hadisə yerinə səfərbər edilib.

Həmçinin yerli bələdiyyənin, Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin Geologiya Departamentinin, Milli Meşə Təsərrüfatı Agentliyinin və Mühafizə Olunan Ərazilər Agentliyinin nümayəndələri də ərazidədir.

Profilaktik tədbir çərçivəsində bütün müvafiq texnikalardan istifadə edilməklə koordinasiyalı şəkildə aktiv təmizləmə işləri aparılır”, – deyə Fövqəladə Halların İdarəetmə Xidmətinin məlumatında bildirilir.