Xaşuri-Axaltsixe-Vale, Axalkalaki-Kartsaxi və Axaltsixe-Ninotsminda yollarının hissələrində avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq edilib
Xaşuri-Axaltsixe-Vale, Axalkalaki-Kartsaxi və Axaltsixe-Ninotsminda yollarının hissələrində avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq edilib

 
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin yaydığı məlumatda, Xaşuri-Axaltsixe-Vale, Axalkalaki-Kartsaxi və Axaltsixe-Ninotsminda yollarının hissələrində avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq edildiyi deyilir.

“İntensiv qar, aşağı temperatur və görmə məsafəsinin məhdud olması ilə əlaqədar beynəlxalq əhəmiyyətli Xaşuri-Axaltsixe-Vale avtomobil yolunun 51 km- 97 km (Atsğuri-Vale) hissəsində, Axalkalaki-Kartsaxi avtomobil yolunun 1 km- 36.5 km hissəsində və Axaltsixe-Ninotsminda avtomobil yolunda qoşqulu, yarımqoşqulu və M3 kateqoriyalı 22-dən çox oturacaq yeri (sürücü oturacağı istisna olmaqla) olan və sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir”-məlumatda qeyd olunub.