Xarici İşlər Nazirliyi Ukraynada və qonşu ölkələrdə hərəkət edən Gürcüstan vətəndaşlar üçün açıqlama yayır

 

Gürcüstan Xarici İşlər Nazirliyi Ukraynadakı Gürcüstan vətəndaşlarının nəzərinə bəyanat yayır.

Qurumdan da qeyd edildiyi üzrə, Ukraynada inkişaf etmiş müharibə vəziyyəti ilə əlaqədar olaraq Gürcüstanın Kiyev və Odessadakı diplomatik nümayəndəlikləri fövqəladə rejimdə ,24 saat boyunca fəaliyyət göstərir və Gürcüstan vətəndaşlarının Ukrayna ərazisini tərk etmələri və humanitar yardımların çatdırılması baxımdan effektiv köməklik göstərirlər.

“Vətəndaşların yerdəyişməsi və bir araya gəlməsini nəzərə alaraq, Xarici İşlər Nazirliyi vətəndaşlara kömək məqsədilə Lvovda əlavə konsulluq məntəqəsinin yaradılması barədə qərar qəbul edib.

Gürcüstan hökumətinin qərarına əsasən, Ukrayna ərazisində olan və Ukrayna ərazisindən Polşa Respublikasına, Rumıniyaya, Slovakiyaya, Macarıstana və Moldova Respublikasına keçən vətəndaşları vətənə qaytarmaq üçün, Gürcüstanın diplomatik nümayəndəliklərinə və konsulluqlara onların ilkin ehtiyyaclarını təmin etmək tapşırılıb.

Onların verdiyi məlumata görə, Gürcüstan vətəndaşları kömək üçün hazırda olduqları ölkədəki nümayəndəliyə müraciət etməlidirlər.

“Gürcüstan hökuməti Ukraynadakı hərbi əməliyyatlar fonunda humanitar dəhlizlərin elan edilməsi imkanlarını daim izləyir və belə bir fürsət yaranarsa, Gürcüstan vətəndaşlarını Ukrayna ərazisində təxliyə etməyə hazırdır.

Bunadək isə Gürcüstan Xarici İşlər Nazirliyi Ukrayna ərazisində olan Gürcüstan vətəndaşlarına müraciət edir:

• Həm evdə qalmaq, həm də ərazini tərk etməklə bağlı Ukrayna hakimiyyəti tərəfindən müəyyən edilmiş təhlükəsizlik tələblərinə əməl etsinlər;

• Həm ölkədə olarkən, həm də ölkəni tərk edərkən Gürcüstanın konsulluq xidmətləri ilə daimi əlaqədə olsunlar;

• Həmişə yanlarında etibarlı səyahət sənədi və nağd pul olmalıdır;

• Mobil telefonların və əlavə enerji mənbələrinin (portativ şarj cihazı ) işlək vəziyyətdə olması;

• Mobil telefonlarda təcili yardım, yanğınsöndürmə xidmətləri, Gürcüstanın Ukraynadakı diplomatik və konsulluq müəssisələrinin nömrələrinin olması;

•Yerli hakimiyyət orqanları tərəfindən yayılan məlumatlarizləyin” – deyə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qurum bir daha qaynar xətt nömrələrini açıqlayır:

Gürcüstanın Kiyevdəki səfirliyi:
+ 380 (63) 376 77 68
+ 380 (44) 590 69 50
+ 380 (93) 544 01 17
+ 380 (63) 376 73 64

Odessa Baş Konsulluğu:
+ 380 (63) 176 75 55
+ 380 (93) 761 17 17

Xarici İşlər Nazirliyi:
+ 995 (32) 2 94 50 50