Xalq Müdafiəçisi - Nino Qoqorişvili ilə əlaqə saxlamağa çalışdıq, lakin o, danışmaqdan imtina etdi, yəqin ki, emosional vəziyyətinə görə zənglərə cavab vermək istəmirdi
Xalq Müdafiəçisi - Nino Qoqorişvili ilə əlaqə saxlamağa çalışdıq, lakin o, danışmaqdan imtina etdi, yəqin ki, emosional vəziyyətinə görə zənglərə cavab vermək istəmirdi

 
Gürcüstanın xalq müdafiəçisi Nino Lomjaria bildirir ki, o, Mixeil Saakaşvilinin həkimi Nino Qoqorişvili ilə görüşmək istəyib, lakin kommunikasiya uğursuz alınıb.

Nino Lomjariyanın qeyd etdiyi kimi, o, Mixeil Saakaşvilinin digər həkimləri ilə də görüşmək istəyib, lakin onlar görüşməkdən imtina ediblər.

“Bizim tələblərimizdən biri Nino xanım və digər həkim və ya növbətçi həkimlərlə görüşmək idi ki, buna da neqativ cavab aldıq. Təbii ki, bu da bizim dünən Qori xəstəxanasına getməyimizin məqsədi idi. Bu həkimlər ilk səfərimiz zamanı olduqca kollegial idilər, əməkdaşlığa yönümlü idilər və dünən eyni gözləntilərimiz var idi, lakin bu ünsiyyət dünən baş tutmadı.

Nino xanım ilə də əlaqə saxlamağa cəhd etdik, lakin o, bizimlə danışmaqdan imtina etdi, buna görə də bizim tərəfimizdən daha bir cəhd olacaq. Görünür, güclü emosional vəziyyətdə olduğu üçün zənglərə cavab verməkdən imtina edib və bir neçə cəhddən sonra sadəcə olaraq telefonu söndürdü. Əgər o, bizimlə danışa bilsə, əlbəttə ki, onunla danışmağa hazırıq” -deyə Nino Lomjaria bildirib.

Mixeil Saakaşvilinin vəkili Nika Qvaramiya dünən bildirib ki, işgəncə və qeyri-adekvat rəftar faktı birbaşa Saakaşvilini müalicə edən həkimi tərəfindən təsdiqlənib.

Bundan sonra Mixeil Saakaşvilinin həkimi Nino Qoqorişvili Nika Qvaramiyanı səhvə sürükləməkdə ittiham edib. Nino Qoqorişvili mətbuata açıqlamasında Nika Qvaramiyanın faktları qismən interpretasiya etdiyini bildirib.