Xalq müdafiəçisi - Daxili İşlər Nazirliyini dinc aksiya iştirakçılarına qarşı xüsusi vasitələrdən istifadə etməməyə və onlara toplaşmaq hüququndan faydalanmaq imkanı verməyə çağırıram
Gürcüstanın xalq müdafiəçisi Daxili İşlər Nazirliyini dinc aksiya iştirakçılarına qarşı xüsusi vasitələrdən istifadə etməməyə və onlara konstitusiya ilə təmin edilmiş toplaşmaq hüququndan faydalanmaq imkanı verməyə çağırır.
“Gürcüstanın xalq müdafiəçisi Rustaveli prospektində davam edən aksiyanı izləyir.
Mayın 14-də saat 17:15 üçün Daxili İşlər Nazirliyi aksiyanın bütövlükdə dağıdıla biləcəyi ilə bağlı xəbərdarlıq edib. Xalq müdafiəçisi hesab edir ki, aksiyanın ayrı-ayrı iştirakçıları tərəfindən dinc toplaşmaq qaydalarının və qanunvericiliyin tələblərinin pozulması nəticəsində onlara qarşı fərdi tədbirlər görüldükdən sonra artıq aksiyanın dağıdılmasına ehtiyac qalmayıb”-deyə xalq müdafiəçisinin bəyanatında qeyd olunub.