Xalq müdafiəçisi - 14 yaşlı qızın qətli ilə bağlı fakt dəhşət verici, bu faciəli faktdan əvvəl isə onun uşaq yaşda məcburi ərə verilməsi ilə bağlı məlumatlar təşviş edicidir
Xalq müdafiəçisi - 14 yaşlı qızın qətli ilə bağlı fakt dəhşət verici, bu faciəli faktdan əvvəl isə onun uşaq yaşda məcburi ərə verilməsi ilə bağlı məlumatlar təşviş edicidir

14 yaşlı qızın qətlə yetirilməsi ilə bağlı dəhşət vericidr və bu faciəvi faktdan əvvəl onun uşaq yaşlarında qanunsuz olaraq azadlığından məhrum edilməsi və məcburi nikaha salınması ilə bağlı yayılan məlumatlar təşviş doğurur, – deyə Gürcüstanın Xalq Müdafiəçisinin Saqareco bələdiyyəsindəki qətlə münasibət bildirən bəyanatında bildirilir.

Xalq müdafiəçisinin qeyd etdiyinə əsasən, erkən nikahların mümkün faktları ilə bağlı araşdırmaların yüksək tempinə baxmayaraq, ölkədə azyaşlı nikahların, o cümlədən məcburi nikah hallarının aşkarlanması və yönləndirilməsi problem olaraq qalmaqdadır.

“Yönləndirmələrə cavabdeh olan şəxslərin uşaq nikahlarının aşkar edilməsi üzrə göstəricilər, prosedurlar və öhdəlikləri barədə məlumatlılığı çox aşağı səviyyədədir.

Erkən nikah və qadın öldürmə halları ilə bağlı dövlət tərəfindən atılan addımlar yetərli deyil və həm mərkəzi, həm də yerli səviyyədə sistemli və əlaqələndirilmiş iş tələb edir.

Təəssüf ki, Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitənin çağırışına baxmayaraq, gender normaları və stereotiplərinin xüsusilə güclü olduğu regionlarda dövlət gender əsaslı zorakılığa qarşı fəaliyyətini gücləndirməyib”, – deyə məlumatda bildirilir.

Burada qeyd olunur ki, Gürcüstanın Xalq Müdafiəçisi qadınların öldürülməsi və öldürülməsinə cəhd, azyaşlıların nikah halları ilə bağlı araşdırma aparacaq və mövcud çağırışlara cavab olaraq təcili addımların atılmasını vacib sayır.

“Xüsusən də bütün aidiyyəti qurumların vaxtında və effektiv cəlb olunması və reaksiyası, o cümlədən cinayətlərin xəbər verilməməsi halları ilə bağlı sərt siyasət aparılmalıdır. Həmçinin, məsul şəxslər tərəfindən yönləndirmə prosedurlarının mümkün pozulması faktlarının dövlət tərəfindən öyrənilməsi vacibdir”, – deyə Xalq Müdafiəçisinin bəyanatında bildirilir.