Washington Post - İraqa və Suriyəyə Gürcüstandan gedən 50 cihadist geri qayıtdı

İndi “İslam dövləti” dağıldıqdan sonra, onun döyüşçüləri hara gedirlər” – Belə başlıqlı məqaləyi amerikan nəşriyyatı The Washington Post yayır. 

Məqalədə Soufan Center-in və “Qlobal strateji şəbəkənin” hazırladığı tədqiqat var, hansına əsasən, “İslam dövləti” dağıldıqdan sonra onun 5600 döyüşçüsü gəldiyi yerə geri qayıtdı. 

Soufan Center-in tədqiqatının adı “Xalifatdan sonra: qayıdan döyüşçüdən gələcək təhlükə”-dir.

Tədqiqatda verilən göstəricilərə görə, İraq və Suriyədən Gürcüstana “İslam dövlətinin” 50 cihadisti qayıdıb. İraqa və Suriyəyə Gürcüstandan 200-dən artıq cihadist getmişdi, ancaq onlardan sadəcə 50 nəfəri geri qayıtdı, yenə 50-si ilə, hələ də müharibə zonasındadır. 

Türkiyə ən çox – 900 cihadist geri qayıtdı. Gedənlərin sayı 1500 nəfər idi.

Səudi Ərəbistandan 3000 nəfər getmişdi və 760 nəfər geri qayıtdı.

1200 cihadist Avropaya qayıtdı. Böyük Britaniyaya – 400 nəfər, Fransaya 271 nəfər, Almaniyaya – 300 nəfər.

Rusiyaya isə, gedən 3400 cihadistdən 400-ü geri qayıtdı.

Tunisə qayıdanların sayı 800 nəfərdir. Marokkoya -200.

Hesabata görə, ABŞ-dan Suriyə və İraqa 129 nəfər getmişdi və sadəcə 7 nəfər qayıtdı.

“Dünya yeni problem qarşısında qaldı, “İslam dövləti”-nin 40 mindən artıq sağ qalan cihadisti müxtəlif ölkələrə qayıtdı. Soufan Center-on tədqiqatına əsasən, 5600 cihadist öz ölkəsinə qayıdıb” – deyilir məqalədə.