Volodimir Zelenskiyə hücum hazırlamaq ittihamı ilə Polşa vətəndaşı saxlanılıb
Volodimir Zelenskiyə hücum hazırlamaq ittihamı ilə Polşa vətəndaşı saxlanılıb

 
Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları polşalı həmkarları ilə əməkdaşlıqla, prezident Zelenskiyə hücum hazırlamaq üçün rus xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə şübhəli bilinən Polşa vətəndaşını saxlayıblar. Bu barədə Ukraynanın Təhlükəsizlik Xidməti məlumat yayır.

İstintaqın məlumatında, şübhəli şəxsin öz təşəbbüsü ilə Rusiya Silahlı Qüvvələrinin komandanlığının nümayəndələri ilə əlaqə saxladığı və onlara rus hərbi kəşfiyyatının xeyrinə işləməyi təklif etdiyi deyilir.

Ukrayna tərəfinin məlumatına əsasən, onun vəzifəsi Polşanın Jeşuv-İaseonki Hava Limanının təhlükəsizliyi ilə bağlı məlumatları toplayaraq, rus tərəfinə vermək olub. Bu, rus xüsusi xidmət orqanlarına Polşaya səfəri zamanı Ukrayna Prezidentinə mümkün hücumu planlaşdırmağa kömək etməli idi.

Ukrayna mətbuatının yazdığı kimi, Ukraynanın Prokurorluğu və Təhlükəsizlik Xidməti mümkün cinayətin planlaşdırılması haqqında Polşa tərəfini məlumatlandırıb və işin sübutlarını təhvil verib. Rusiya xüsusi xidmət orqanlarına işləməkdə şübhəli bilinən şəxs
iki ölkə arasında aparılan məlumat mübadiləsi və uğurlu əməliyyat tədbirləri nəticəsində Polşa ərazisində saxlanılıb. Prokurorluğun ittihamı əsasında Varşava məhkəməsi onun barəsində ilkin həbs qətimkan tədbiri seçib.