Volodimir Zelenskinin sözlərinə görə, Putinlə görüşməyə və atəşkəs şərtlərini müzakirə etməyə hazırdır, lakin ultimatumları yerinə yetirməyə yox
Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Putinlə görüşməyə və atəşkəs şərtlərini müzakirə etməyə hazırdır, lakin ultimatumları yerinə yetirməyə yox.
Ukrayna mətbuatının məlumatına görə, bu barədə Zelenski “La Repubblica” nəşrinə müsahibəsində bildirib.
” Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi bir aydır ki, davam edir. Mən dəfələrlə açıq şəkildə bəyan etdiyim bu görüşə indi də hazıram. Hamımıza sülh lazımdır. Biz atəşkəs şərtlərini müzakirə etməyə hazırıq, lakin ultimatumları yerinə yetirməyə hazır deyiləm” -deyə Ukrayna prezidenti bildirib.