Volodimir Zelenski - Ukraynanın təhlükəsizlik zəmanətləri haqqında razılaşma hazırlanma prosesindədir və sənəd hazırlandıqdan sonra ictimaiyyət bütün detalları öyrənəcək
Ukraynanın təhlükəsizlik zəmanətləri haqqında razılaşma hazırlanma prosesindədir və sənəd hazırlandıqdan sonra ictimaiyyət bütün detalları öyrənəcək-bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, Ukraynanın ölkənin təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmada tərəfdaş ölkələr dairəsinə olduqca balanslı yanaşması var.
“Biz gələcək sənədə çox ciddi yanaşırıq, istənilən halda və istənilən növ təcavüz zamanı ümidlərimizi puç etməyəcək tərəfdaş ölkələr dairəsinə çox balanslı yanaşmamız var. Gələcəkdə hər şey ola bilər. Biz artıq başa düşürük ki, belə qonşularla əhatələnmək bizim üçün asan deyil və buna görə də fundamental razılaşmadan danışırıq”-deyə Ukrayna prezidenti bildirib.