Volodimir Zelenski Ukraynanın Niderlanddan 42 ədəd F-16 qırıcısı alacağını açıqlayıb
Volodimir Zelenski Ukraynanın Niderlanddan 42 ədəd F-16 qırıcısı alacağını açıqlayıb

Ukrayna təlimlərdən sonra Niderlanddan 42 ədəd F-16 qırıcısı alacaq. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Mark Rutte ilə görüşdən sonra özünün “Twitter” səhifəsində yazıb.

“Bu gün biz Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün daha bir addım atdıq. F-16-lar, bu təyyarələr Ukrayna şəhərlərini rus terrorçularından qorumaq üçün istifadə olunacaq. Baş nazir Mark Rutte və mən pilot və mühəndis hazırlığı tamamlandıqdan sonra Ukraynaya təhvil veriləcək F-16-ların sayı barədə razılığa gəldik. 42 təyyarə, bu hələ başlanğıcdır”, – Zelenski qeyd edir.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ F-16 qırıcılarının Danimarka və Niderlanddan Ukraynaya ötürülməsinə icazə vermişdi.