Volodimir Zelenski Ukraynanın baş prokurorunu və Təhlükəsizlik Xidmətinin rəhbərini vəzifəsindən azad edib
Volodimir Zelenski Ukraynanın baş prokurorunu və Təhlükəsizlik Xidmətinin rəhbərini vəzifəsindən azad edib

 

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin baş prokuroru İrina Venediktovanı və Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu vəzifəsindən azad edib.

Ukrayna mətbuatının məlumatına görə, müvafiq sərəncamlar prezident administrasiyasının saytına yerləşdirilib.

Volodimir Zelenski başqa bir sərəncamla Aleksey Simonenkonu baş prokuror təyin edib.

Ukraynanın yüksək rütbəli məmurlarının vəzifələrindən azad edilməsinin səbəbləri hələlik məlum deyil. Bundan əvvəl prezident İvano-Frankovsk şəhərinin meri Ruslan Martsinkivin Rusiya Federasiyasının Ukraynaya kütləvi raket hücumu həyata keçirə biləcəyi ilə bağlı xəbərlərinə sərt reaksiya verib. Zelenski ukraynalıları informasiya sahəsində diqqətli və ehtiyatlı olmağa, Rusiya Federasiyasının yalanlarına inanmamağa çağırıb.