Volodimir Zelenski Ukraynanın ABŞ-dan ilk "Abrams" tanklarını aldığını təsdiqləyib
Volodimir Zelenski Ukraynanın ABŞ-dan ilk "Abrams" tanklarını aldığını təsdiqləyib

 
Ukrayna Prezidenti “Abrams” tipli tankların birinci partiyasının ABŞ-dan Ukraynaya gətirildiyini təsdiqləyib. Bu barədə Volodimir Zelenski özünün “Telegram” səhifəsində yazır.

Zelenski bildirib ki, Ukraynanın müdafiə naziri Rustem Umerov Amerika tanklarının alınması barədə məlumat verib.

“Abrams” artıq Ukraynadadır və briqadalarımızı gücləndirməyə hazırlaşır. Mən müttəfiqlərə razılaşmaları yerinə yetirdiklərinə görə minnətdaram. Biz tədarükümüzü genişləndirmək üçün yeni müqavilələr axtarırıq” – Zelenski yazıb.