Volodimir Zelenski - Ukrayna şəhərlərini bombalamaq əmri verən və onları yerinə yetirən hər kəs tapılacaq və cavab verəcək
Ukrayna şəhərlərini bombalamaq əmri verən və onları yerinə yetirən hər kəs tapılacaq və cavab verəcək-bu barədə
Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
Zelenski, Ukraynanın Donetsk vilayətinin Çasov Yar şəhərində Rusiya işğalçı qüvvələri tərəfindən yaşayış evlərinin bombalanması nəticəsində 15 nəfərin həlak olduğunu, onlarla insanın isə dağıntılar altında qaldığını bildirib.
Ukrayna prezidenti, qələbə çalmaq üçün bütün Ukrayna vətəndaşlarının siyasi, informasiya və iqtisadi cəbhədə bir yerdə dayanmalı olduğunu bildirir.
“Bildiyiniz kimi, nasist qatilləri hətta 90 və ya 100 yaşında da tapır və mühakimə edirlər. Onları bütün dünyada həbs edirlər. Təbii ki, biz bu qədər gözləmək istəmirik. Lakin, bütün rus qatilləri üçün cəzanın qaçılmaz olduğunu göstərmək üçün bu misalı çəkdim. Hər kəs üçün – tamamilə. Nasistlər halında olduğu kimi. Və dövlətlərinin onları qoruyacağına ümid etməsinlər. Siyasi mühit dəyişən kimi onlardan ilk imtina edən Rusiya olacaq. Bu müdaxilənin başladığı gündən ukraynalı hüquq-mühafizə orqanlarının əməkdaşları işğalçıların cinayətlərinin açılması və sübutların toplanması üçün lazım olan hər şeyi edirlər. Bu işə bir çox ölkələrdən olan tərəfdaşlarımız qoşulub. Rus terroru artıq çoxdandır ki həddi keçib, sivil dünyada Rusiyanı, terrorçu dövləti Ukraynaya və beynəlxalq hüquq nizamına qarşı etdiyi hər şeyə görə cəzalandırmaq məsələsinin bir çoxları üçün qlobal təhlükəsizlik məsələsi olduğu aydın oldu. Biz Latın Amerikasında, Asiya və Afrikada da ölkəmizdəki rus terroru ilə bağlı həqiqəti bilmələri üçün əlimizdən gələni edirik”- deyə Zelenski bildirib.