Volodimir Zelenski - Ukrayna müharibəyə son qoymaq üçün şərqdəki ərazilərini güzəştə getməyəcək, Ukrayna hərbçiləri Donbas üçün mübarizəyə hazırdır
Ukrayna müharibəyə son qoymaq üçün şərqdəki ərazilərini güzəştə getməyəcək, Ukrayna hərbçiləri Donbas üçün mübarizəyə hazırdır-bu “CNN” telekanalına müsahibə verən Ukrayna prezidenti Volodimir Zelenskinin bəyanatıdır.
Zelenskinin sözlərinə görə, Ukrayna Rusiyanın Donbası zəbt edə bilsə, yenidən Kiyevə hücum etməyə cəhd etməyəcəyinə dair zəmanətə sahib deyil.
“Məhz buna görə də buna imkan verməmək bizim üçün çox vacibdir. Öz mövqeyimizdə dayanaq, çünki bu döyüş bütün müharibəyə təsir edə bilər. Bundan irəli gələrək, onların Kiyev, Çerniqov və digər şəhərlərdən geri çəkilmələri faktının Donbası zəbt edə bilsələr, yenidən Kiyevə hücum etməyəcəkləri mənasına gəlmədiyini başa düşürük” – deyə Zelenski bildirib.
Jurnalistin Ukraynanın qalib gəlib-gəlməyəcəyi sualına Zelenskinin cavabı belə olub- “Bəli, əlbəttə qalib gələcək”.