Volodimir Zelenski - sabah bizə NATO-ya üzv olmaq təklif edilsə və həyatımızla oynamasalar, biz qoşulacağıq, lakin təəssüf ki, bu baş verməyəcək

 
Sabah bizə NATO-ya üzv olmaq təklif edilsə və həyatımızla oynamasalar, əksinə ciddi şəkildə təklif etsələr, biz qoşulacağıq, lakin təəssüf ki, bu baş verməyəcək-bu barədə Ukrayna prezidenti Volodimir Zelenski mətbuata açıqlamasında bildirib.

O bildirib ki, Ukrayna NATO-ya üzv olacaqdı, lakin Alyans bunun üçün hazır deyil.

“Ukraynanın əlində qarant olaraq çıxış edə biləcək ölkələrin siyahısı yoxdur. Əgər sabah bizə NATO-ya daxil olmağı təklif etsələr, həyatımızla oynamasalar, əksinə ciddi şəkildə bizə təklif etsələr, biz qoşulacağıq. Lakin bu, təəssüf ki, olmayacaq və təəssüf ki, olmadı. Buna görə də həyatımızı qorumağa kömək edəcək təhlükəsizlik zəmanətləri yaradacağıq “– deyə Zelenski bildirib.