Volodimir Zelenski - ruslar Ukraynanın bəzi şəhərlərinin merlərini qətlə yetiriblər

 

Ruslar Ukraynanın bəzi şəhərlərinin merlərini qətlə yetiriblər-bu bəyanatı Volodimir Zelenski nüfuzlu “The Economist” nəşrinə müsahibəsində verib. Onun sözlərinə görə, Rusiya vətəndaşlarının əksəriyyətinin Ukraynada baş verən hadisələrdən xəbəri yoxdur.

Zelenskinin sözlərinə görə, Kreml bütün informasiya məkanına nəzarət edir. O, Rusiyanın 2014-cü ildə Donbasda etdiyi kimi hərəkət etdiyini bildirir.

” Ruslar Mariupol, Melitopol, Berdyansk, Xerson və Xarkova göndərdiyimiz yardımın qarşısını kəsdilər. Lakin şəhərlərə nəzarət edə bilmirlər. Melitopol və Berdyanskda ruslar rublla ödəmələrə keçiblər. Merləri oğurlayırlar. Onlardan bəzilərini qətlə yetiriblər. Bəzilərini tapa bilmirik. Bəzilərini tapdıq və onlar artıq ölü idilər. Bəzilərini dəyişdilər. Onlar 2014-cü ildə Donbassda etdiklərini eyni şəkildə təkrarlayırlar. Eyni insanlar eyni əməliyyatları həyata keçirirlər. Bunlar eyni üsullardır” -deyə Zelenski bildirib.