Volodimir Zelenski -  Rusiya qoşunlarının Donbas uğrunda döyüşə başladığını artıq təsdiq edə bilərik, biz özümüzü müdafiə edəcəyik və döyüşəcəyik

 

 

 Rusiya qoşunlarının Donbas uğrunda döyüşə başladığını artıq təsdiq edə bilərik, Ukraynanın şərqində və cənubunda getdikcə aktivləşən, getdikcə hesablanmış hücumlar bundan xəbər verir- bu barədə 

Ukrayna prezidenti Volodimir Zelenski müharibənin 54-cü gününün ənənəvi yekun video-müraciətində danışıb.

Zelenskinin də qeyd etdiyi üzrə , hazırkı sanksiyalar şəraitində Rusiya üçün  raket və digər texnika ehtiyatlarını bərpa etmək çox çətin olacaq.

“Rusiya ordusu Ukraynaya qarşı raketlərdən istifadə sürətini azaltmır. Baxmayaraq ki, Rusiya artıq başa düşməli idi ki, hətta mövcud sanksiyalar şəraitində raket ehtiyatını bərpa etmək onun üçün çətin olacaq. İdxal olmadan onlar bunu edə bilməyəcəklər. Sanksiyalardan yan keçmək üçün bütün vasitələr bağlandıqda və hətta daha sərt məhdudiyyətlər tətbiq edildikdə, Rusiyanın raket potensialının bərpası qeyri-real olacaq. Yəni, Rusiyanın raket zərbələrinin nəticəsi Rusiya Federasiyasının raketin özünü demilitarizasiyasına gətirib çıxarır.

 Eyni proses digər Rusiya silahları ilə bağlı da gedir. Sanksiyalar çərçivəsində yeni artilleriya, təyyarələr, helikopterlər, kreyserlər istehsal etmək Rusiya üçün böyük vəzifə olacaq. Raket zərbələrinin heç biri Rusiya üçün vəziyyəti kökündən dəyişməyib. Əgər onların hamısını birlikdə qiymətləndirsək, nəticə belə olacaq – bu, belədir – strateji axmaqlıqdır. İtirilən hər bir həyat  ukraynalıların və digər azad xalqların,nəsillər boyunca  Rusiyanı sadəcə olaraq təhlükə kimi qəbul edəcəyinə dair arqumentdir”, -deyə Zelenski bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, ölkənin şərqində və cənubunda işğalçılar bu günədək olan vəziyyətdən fərqli olaraq daha planlı şəkildə hərəkət edir, Ukraynanın müdafiəsində zəif yerlərini axtarırlar. Onun sözlərinə görə, düşmənin taktikasında dəyişiklik onların bütöv bir ordunu itirməkdən qorxduqlarını göstərə bilər. Zelenskinin sözlərinə əsasən, rus generallar artıq o qədər rus hərbçisini öldürüblər ki, onlar da daha ehtiyatlı davranmağa məcburdurlar, əks halda hücuma keçmək üçün heç kim qalmayacaq.

“İndi biz artıq deyə bilərik ki, Rusiya qoşunları uzun müddətdir hazırlaşdıqları Donbas uğrunda döyüşə başlayıblar. Rus ordusunun çox böyük bir hissəsi indi bu hücuma köklənib. Ora nə qədər rus qoşunu gətirilsə də, biz döyüşəcəyik, biz özümüzü müdafiə edəcəyik. Biz bunu hər gün edəcəyik. Ukraynanın heç bir şeyindən imtina etməyəcəyik, başqasınınkı isə sadəcə olaraq bizə lazım deyil.  Mən bütün döyüşçülərimizə, qəhrəman şəhərimiz Donbasdakı  hər kəsə  , ayaqda qalan, bütün Ukraynanın taleyini müdafiə edən və işğalçıların qüvvələrini dəf edən Mariupol və Xarkov vilayətininin şəhərlərinə ,  Rubejnoye, Popasnaya, Zolotoye, Lisiçanski, Severodonetski, Kramatorsk və bütün bu illər ərzində və həmişə Ukraynanın yanında olan bütün digər şəhərlərə minnətdaram”-deyə  Ukrayna lideri bildirib.