Volodimir Zelenski - rus işğalçılar Mariupoldan minlərlə insanı çıxarıblar, onlar arasında beş min uşaq var
Rus işğalçılar Mariupoldan minlərlə insanı çıxarıblar, onlar arasında beş min uşaq var-bu barədə Ukrayna prezidenti Volodimir Zelenski danışıb. Ukrayna prezidentinin sözlərinə görə, bu şəxslər ehtimal ki Rusiyaya aparılıblar, lakin Ukrayna tərəfinin bununla bağlı dəqiq məlumatı yoxdur.
“On minlərlə insan zorla Rusiya Federasiyasına köçürülüb. Biz onların başına nə gəldiyini, sənədlərinin harada olduğunu bilmirik. Onların arasında bir neçə min uşaq var, bunu bilirik, lakin necə olmaları, onların səhhətinin necə olması barədə heç nə bilmirik. Bu regiondan Rusiyaya beş min uşağın deportasiya olduğunu bilirik. Bu, çox çətin və mürəkkəb məsələdir. Yoxlamalı olduğumuz çoxlu məlumatlar var” – deyə Ukrayna prezidenti bildirib.
Zelenskinin sözlərinə görə, hazırda Mariupolda neçə nəfərin qaldığını demək belə mümkün deyil.
“Bir varianta görə, şəhərdə 50-60 min, digər varianta görə isə 100 min isan qalıb. Orada qalan 20-30 min insanın həlak ola biləcəyi barədə də məlumat var” -deyə prezident bildirib.