Volodimir Zelenski – Ortaq dəyərləri paylaşan bütün Avropa ölkələri Avropa ailəsinin üzvləri olmalıdır, bu Gürcüstan, Ukrayna, Moldova, Belarus, Balkanlara aiddir
Ukrainian President Volodymyr Zelensky addresses a joint press conference with Spain's Prime Minister following their talks in Kyiv, on July 1, 2023. Spanish Prime Minister Pedro Sanchez arrived in Kyiv on July 1, 2023, to signal EU support for Ukraine as the country's commander-in-chief said he was frustrated by the slow deliveries of Western weapons. (Photo by Sergei CHUZAVKOV / AFP) (Photo by SERGEI CHUZAVKOV/AFP via Getty Images)
Ortaq dəyərləri paylaşan bütün Avropa ölkələri Avropa ailəsinin üzvləri olmalıdır-bu bəyanatı Ukraynanın Prezidenti Volodimir Zelenski verib.
O, bunun Gürcüstan, Ukrayna, Moldova, Belarus və Balkan ölkələrinə aid olduğunu bildirib.
Zelenski bu haqda Avropa İttifaqının sammitində açıqlayıb.
“Dünya Avropanın səmərəliliyini, doğru zamanda düzgün qərarı tapmaq bacarığımızı gördü. Avropa İttifaqı Ukrayna üçün danışıqların çərçivəsini təsdiqlədi və ölkəmizin Avropa İttifaqına daxil olması üçün danışıqlar başladı. Buna görə təşəkkürlər. Avropanın tarixi seçimidir və mən əminəm ki, ümumi Avropa dəyərlərini paylaşan bütün Avropa ölkələri Avropa ailəsinin üzvləri olmalıdır. Bu, Ukrayna, Moldova, Balkanlar və Gürcüstan əhalisinə aiddir. Əminəm ki, Gürcüstanın vaxtı da gələcək, eləcə də əminəm ki, Belarusla bağlı qərarlar olacaq, çünki belaruslar da gələcəkdə vahid Avropada olması gərəkən Avropa xalqıdır”- deyə Volodimir Zelenski açıqlayıb.