Volodimir Zelenski - ölkəmin məhvinə səbəb olan NATO-nun diplomatiyası ilə maraqlanmıram
Rusiyanın müdaxiləsinə cavab olaraq NATO-nu daha sərt addımlar atmağa çağıran Ukrayna prezidenti Volodimir Zelenski artıq onların diplomatiyası ilə maraqlanmadığını bildirib.
“The Hill” nəşrinin məlumatına görə bu barədə Zelenski CBS telekanalının “60 Minutes” verlişinə müsahibəsində bildirib.
“Diplomatiyada işləyəndə heç bir nəticə yoxdur. Hər şey çox bürokratikdir. Ona görə də mənim onlarla danışdığım formaya tam şəkildə bəraət qazandırılır. Mənim daha verəcək həyatım yoxdur. Artıq emosiyalarım yoxdur. Onların ölkəmin məhvinə səbəb olan diplomatiyası ilə maraqlanmıram”- deyə Zelenski bildirib.
CBS telekanalına müsahibəsində Zelenski prezident Baydenin böhrana reaksiyasından məyus olmadığını əlavə edib.
“Onun yerinə başqa bir prezidentin bizə necə kömək edə biləcəyini bilmirəm. Bilmirəm, çətindir. Bizim yaxşı münasibətimiz var. Ukrayna ABŞ-ın dəstəyindən asılıdır və mən müharibədə olan ölkənin lideri kimi yalnız minnətdar ola bilərəm”- deyə Zelenski bildirib.