Volodimir Zelenski: NATO sammitinə bir həftə qalır, biz tərəfdaşlarımızla birgə çalışırıq ki, Vilnüsdə ümumi təhlükəsizliyimiz qalib olsun
Volodimir Zelenski: NATO sammitinə bir həftə qalır, biz tərəfdaşlarımızla birgə çalışırıq ki, Vilnüsdə ümumi təhlükəsizliyimiz qalib olsun

NATO-nun Vilnüsdə keçirilməsi planlaşdırılan sammitinin əsas gününə düz bir həftə qalıb. Bu, Avropada ümumi təhlükəsizliyimizin həlledici anına bir həftə qalır- deyə Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik müraciətində bildirib.

“Biz ortaq təhlükəsizliyimizin Vilnüsdə qalib gəlməsini təmin etmək üçün tərəfdaşlarımızla mümkün qədər çox çalışırıq. Hər şey bizim tərəfdaşlarımızdan asılıdır” – deyə Zelenski bildirib.

Bundan əlavə, Zelenski videomüraciətində Ukrayna şəhərlərində sığınacaqların əlçatan olmasından danışıb.

“Təəssüf ki, bütün bu müddətdən sonra belə, Ukraynanın müxtəlif şəhərlərində sığınacaqların hər kəs üçün çatımlı olması problemi var. Dövlət belə fəaliyyətsizliyə dözməyəcək. Bu, yerli rəhbərlərin məsuliyyətidir. Ölkənin yerli hakimiyyət orqanlarının sığınacaq tikmək üçün resursları var”, – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti müraciətin sonunda Ukrayna qəhrəmanlarına, Ukraynanın bütün müdafiə və təhlükəsizlik qüvvələrinə təşəkkür edib