Volodimir Zelenski - NATO-nun baş katibi ilə danışdım, Ukrayna üçün raket əleyhinə güclü müdafiə sisteminin vacibliyini vurğuladım
Ukrayna prezidenti ölkənin raket əleyhinə güclü müdafiə sisteminə ehtiyacı olduğunu bildirir. Bu barədə Volodimir Zelenski rəsmi Tvitter səhifəsində bəyanat yayır.
Zelenski, Madriddə NATO sammiti başlamazdan əvvəl NATO-nun baş katibi ilə telefonla danışdığını qeyd edib.
“NATO-nun baş katibi Yens Stoltenberqlə telefonda danışdım. Madrid sammitindən əvvəl mövqeləri razılaşdırdıq. Rusiya tərəfindən törədilən terror aktlarının qarşısının alınması üçün raket əleyhinə güclü müdafiə sisteminin vacibliyini vurğuladım”-deyə Volodimir Zelenski yazır.
NATO sammiti Madriddə bu gün başlayır. Alyansın liderləri Ukraynada gedən hazırkı müharibə şəraitində ilk dəfə bir araya gəlirlər.