Volodimir Zelenski - Mariupolun müdafiəçilərinin həyatını xilas etməyin mümkün olacağına ümidimiz var
Volodimir Zelenski - Mariupolun müdafiəçilərinin həyatını xilas etməyin mümkün olacağına ümidimiz var

 

 

 Mariupolun müdafiəçilərinin həyatını xilas etməyin mümkün olacağına ümidimiz var-bu barədə Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində  bildirib. Zelenskinin sözlərinə görə, Ukrayna qəhrəmanları Ukraynaya canlı olaraq  lazımdır.

“Asan gün deyildi. Amma bu gün bütün digərləri kimi ölkəmizi və xalqımızı qorumaq məqsədi daşıyır. Mariupoldakı mövcud vəziyyətə gəlincə, Ukrayna Silahlı Qüvvələrinin, kəşfiyyatının, eləcə də danışıqlar qrupunun fəaliyyəti sayəsində Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT-nin yardımı ilə ümid edirik ki, bizim oğlanların həyatını xilas etmək mümkün olacaq. Onların arasında yaralılar var, onlara kömək lazımdır. Mən vurğulamaq istəyirəm ki, Ukraynaya canlı olaraq Ukrayna qəhrəmanları lazımdır. Bu, bizim prinsipimizdir.  Düşünürəm ki, bütün adekvat insanlar bu sözləri başa düşəcəklər. Mariupol müdafiəçilərinin xilasetmə əməliyyatı ukraynalı hərbçilər  və kəşfiyyatçılar tərəfindən başladılıb. Oğlanlarımızı evə qaytarmaq üçün işlər davam edir və bu iş incəlik və vaxt tələb edir” -deyə Zelenski bildirib.

Xatırladaq ki, Ukrayna müdafiə nazirinin müavininin sözlərinə görə, Ukrayna Mariupolun müdafiəçilərini azad etmək üçün əməliyyata başlayıb.