Volodimir Zelenski - dünya Vladimir Putinin nüvə silahından istifadə edə biləcəyinə hazır olmalıdır
Dünya Vladimir Putinin nüvə silahından istifadə edə biləcəyinə hazır olmalıdır – bunu CNN telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Volodimir Zelenski qeyd edib ki, Rusiya prezidenti Ukrayna xalqının həyatına dəyər vermədiyi üçün nüvə və ya kimyəvi silahdan istifadə edə bilər.
“Tək mən yox, bütün dünya, bütün ölkələr narahat olmalıdır. Bu, real məlumat olmaya bilər, amma doğru da ola bilər. Onlar kimyəvi silahdan istifadə edə bilərlər, bunu edə bilərlər, onlar üçün insanların həyatının heç bir dəyəri yoxdur. Düşünmək lazımdır, qorxmaq yox, hazır olmaq lazımdır. Lakin bu, təkcə Ukraynaya deyil, fikrimcə bütün dünyaya aiddir” – deyə Zelenski bildirib.