Volodimir Zelenski - Co Baydenin Ukraynaya səfəri olduqca güclü siqnal olacaq
Volodimir Zelenski - Co Baydenin Ukraynaya səfəri olduqca güclü siqnal olacaq

 

Co Baydenin Ukraynaya səfəri olduqca güclü siqnal olacaq-bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Talk TV”nin aparıcısı Morqana müsahibəsində bildirib.

Morqan müsahibəni Ukrayna prezidenti və onun həyat yoldaşı ilə birlikdə götürüb.

Aparıcının, Zelenskinin Amerikanın ölkəsinə milyardlarla dollar yardım etməsi fonunda ABŞ prezidentinin Ukraynaya səfər etməsini istəyib-istəməməsinə dair ünvanladığı suala cavabında Zelenski bunu çox istədiyini söyləyib.

“Çox. Bunun çox güclü siqnal olacağını düşünürəm. Ukraynanın ABŞ-a olan münasibətini hər kəs görür. Bu, ən yüksək dəstək olardı. Birinci xanımdan bizə çox böyük dəstək oldu. O, Olena ilə görüşdü və bu, çox düzgün səfər idi. Olduqca gözlənilməz. Biz bunu gözləyirdik, lakin bunun baş tutub-tutmayacağını bilmirdik. Bu çox vacibdir. Sonra bu səfər, çox vacib məqam baş tutdu. O, möhtəşəm iş gördü və səyləri öz bəhrəsini verdi. Onun çıxışından və səfərindən sonra, Konqres və Ağ Ev tərəfindən sürətli qərarlar qəbul edilib və bunlar çox vacib məsələlərdir. Və təbii ki, prezident Baydenin Ukraynaya səfəri bizim Ukraynaya dəstək olaraq ala biləcəyimiz ən güclü siqnal olardı”- deyə Zelenski bildirib.

Zelenski Boris Conson haqqında da danışıb. Aparıcı Pirs Morqanın, Consonun baş nazir postuna qayıtmasını dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı ünvanladığı suala, Zelenski cavabında Britaniyanın daxili məsələlərinə müdaxilə etmə hüququnun olmadığını, lakin Boris Consonun Ukraynanın böyük dostu olduğunu deyib. O, həmçinin Birləşmiş Krallığın gələcək baş naziri ilə sıx əməkdaşlıq edəcəyinə ümid edir.

“Mənim Birləşmiş Krallığın daxili siyasətinə müdaxilə etmək hüququm yoxdur. Nə deyə bilərəm axı, o Ukraynanın böyük dostudur. İstəyirəm ki, o siyasətdə hansısa yerdə, hansısa vəzifədə olsun. Mən onun yoxa çıxmasını istəmirəm, lakin bu qərar Britaniya xalqının əlindədir. Əminəm ki, hansı vəzifəni tutmasından asılı olmayaraq, o, həmişə Ukraynanın yanında olacaq” – deyə Zelenski bildirib.