Volodimir Zelenski Buçaya gedib

 

Ukrayna prezidenti Volodimir Zelenski Buçaya gedib.

Prezident yerli sakinlərlə danışıb və onlarla söhbət zamanı bir daha Rusiyanın Ukraynada soyqırım törətdiyini bildirib.

“BBC” jurnalisti prezidentdən Rusiya ilə sülhü müzakirə etməyin mümkün olub-olmadığını soruşub. Zelenskinin cavabı belə olub: “Bəli, çünki Ukraynada sülh olmalıdır. Biz Avropada, 21-ci əsrdəyik. Diplomatik və hərbi səylərimizi davam etdirəcəyik”- deyə Zelenski bildirib.