Volodimir Zelenski Buçada inkişaf edən hadisələrə baxmayaraq, Ukraynanın Rusiya ilə sülh danışıqları aparmalı olduğunu bildirib
Volodimir Zelenski Buçada inkişaf edən hadisələrə baxmayaraq, Ukraynanın Rusiya ilə sülh danışıqları aparmalı olduğunu bildirib

 

Ukrayna prezidenti Volodimir Zelenski Buçadakı hadisələrin soyqırım olduğunu bildirib. O, bu barədə mətbuata açıqlama verib.

“Biz bunun soyqırım olduğunu hesab edirik, onlar hər şeyə görə cəzalandırılmalıdırlar”, – deyə Zelenski bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, Buçada baş verən hadisələrə baxmayaraq, Ukrayna Rusiya ilə sülh danışıqları aparmalıdır. Bununla belə, o, Putinlə görüş olmayacağını bildirib.

“Ən çətini onların etdikləri barədə danışmaq, onları düşmən kimi görmək və eyni zamanda görüşmək imkanı tapmaq, bu görüşdə həll yolu tapmaq və ərazinizi itirməməkdir” – deyə Zelenski bildirib.

Zelenski NATO-ya üzvlükdən də danışaraq, bildirib ki, Ukrayna NATO-ya üzv olacaqdı, lakin Alyans bunun üçün hazır deyil.

“Ukraynanın əlində qarant olaraq çıxış edə biləcək ölkələrin siyahısı yoxdur. Əgər sabah bizə NATO-ya daxil olmağı təklif etsələr, həyatımızla oynamasalar, əksinə ciddi şəkildə bizə təklif etsələr, biz qoşulacağıq. Lakin bu, təəssüf ki, olmayacaq və təəssüf ki, olmadı. Buna görə də həyatımızı qorumağa kömək edəcək təhlükəsizlik zəmanətləri yaradacağıq “– deyə Zelenski bildirib.