Volodimir Zelenski - bu günə olan vəziyyətə görə, Ukrayna silahlı qüvvələri 1028 yaşayış məntəqəsini azad edib, daha 2621 yaşayış məntəqəsi isə işğal altında qalır
Volodimir Zelenski - bu günə olan vəziyyətə görə, Ukrayna silahlı qüvvələri 1028 yaşayış məntəqəsini azad edib, daha 2621 yaşayış məntəqəsi isə işğal altında qalır

 
Bu günə olan vəziyyətə görə, Ukrayna silahlı qüvvələri 1028 yaşayış məntəqəsini azad edib, daha 2621 yaşayış məntəqəsi isə işğal altında qalır-bu barədə Ukrayna prezidenti Volodimir Zelenski gündəlik müraciətində bildirib.

Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələrinin hərəkətləri nəticəsində düşmən xeyli logistik itki verib, rus ordusu isə işğal olunmuş əraziləri saxlamaqda getdikcə daha da çətinlik çəkir.

Eyni zamanda, Ukrayna liderinin sözlərinə görə, Rusiya işğal olunmuş ərazilərdə yaşayan əhalini informasiya vakumunda saxlayır və Ukrayna haqqında yalanlar yayır. Bu səbəbdən Zelenski vətəndaşları işğal altında yaşayan əhaliyə real məlumat və həqiqəti çatdırmağa çağırıb.

“Rus ordusu işğal olunmuş ərazilərdə mövqelərini saxlamaqda getdikcə daha da çətinlik çəkir. Addım-addım irəliləyirik, işğalçılar üçün təchizat zəncirini məhv edirik, əməkdaşlıq edənləri tapıb zərərsizləşdiririk. Perspektiv aydındır: bütün şəhər və kəndlərimizdə Ukrayna bayrağı dalğalanacaq. Bu, yalnız bir zaman məsələsidir. Və bu müddət davam edərkən, Rusiya hələ də Ukraynada həyatı məhv edə bilsə də, işğal olunmuş ərazilərdəki xalqımızı informasiya və emosional olaraq dəstəkləməyi unutmayın. Bu günə kimi biz 1028 kəndi işğalçılardan azad edə bilmişik. Daha 2621-i isə işğalçıların nəzarəti altındadır. Biz oradakıların hamısı ilə informasiya əlaqəsini saxlamalıyıq” – deyə Zelenski bildirib.