Volodimir Zelenski Böyük Yeddiliyin liderlərini Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə və ilin sonuna qədər müharibəni bitirmək üçün mümkün olan hər şeyi etməyə çağırır
Volodimir Zelenski Böyük Yeddiliyin liderlərini Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə və ilin sonuna qədər müharibəni bitirmək üçün mümkün olan hər şeyi etməyə çağırır

 

Ukrayna prezidenti Volodimir Zelenski “Böyük Yeddilik” sammitinin üzvləri qarşısında çıxış edib.

Ukrayna prezidenti liderlərə hərbi və maliyyə yardımlarına görə təşəkkür edib və onları Rusiyaya qarşı sanksiyaları gücləndirməyə, Ukraynaya hərbi texnika ilə kömək etməyə və ilin sonuna qədər müharibəni bitirmək üçün mümkün olan hər şeyi etməyə çağırıb.

“Bizim üçün “Böyük Yeddilik” ölkələrinin sanksiyalarla bağlı ardıcıl mövqeyinin olması vacibdir, sanksiyalar gələcəkdə də gücləndirilməlidir, əsasən də təcavüzkarın ixrac etdiyi neftin qiymətləri məhdudlaşdırılmalıdır” -deyə Zelenski bildirib.