Volodimir Zelenski - biz yalnız qarşı tərəf müharibəni bitirməyə hazır olduqda danışıqlara hazırıq
“Ukrayna Rusiya ilə danışıqlara yalnız Moskva həqiqətən müharibəni dayandırmaq istədiyi halda hazırdır”-Ukrayna mətbuatının məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın İctimai Yayımçısına, “ZDF”ə müsahibəsində deyib.
“Bizim işə yaramayan danışıqlara vaxtımız yoxdur. Nə etdiyimizi dəqiq bilirik. Vurğulayıram ki, bizim heç bir şübhəmiz yoxdur və yalnız qarşı tərəf müharibəni bitirməyə hazır olduqda danışmağa hazırıq”, – deyə Zelenski bildirib.
Bundan əvvəl Ukrayna prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirmişdi ki, Ukrayna və Rusiya mütləq danışıqlar masasına əyləşəcəklər, lakin nə bu gün , nə də Rusiyanın şərtləri ilə.