Biz genişmiqyaslı müdaxilə gözləmirdik –bu barədə Zelenski “BBC”-yə müsahibəsində danışıb.
Zelenskinin bildirdiyi üzrə, Rusiyanın hərbi müdaxiləsindən əvvəl hökumət silah və təchizatı təmin etməyə çalışıb, həmçinin əhali arasında panikanın qarşısını almağa diqqət yönəldib, çünki panika insanların banklara böyük axınına səbəb olacaq və iqtisadiyyatın sabitliyini pozacaqdı.
“Rusiyanın istədiyi bu idi biz buna imkan vermədik. Bu baş verərkən biz genişmiqyaslı müdaxilə gözləmirdik”-deyə Zelenski bildirib.
Ukrayna prezidentinin sözlərinə görə, hazırda silahlı qüvvələr üçün ən mürəkkəb vəziyyət ölkənin şərq hissəsində yaranıb, lakin Ukraynanın ən güclü bölmələri oraya səfərbər olunublar.
“Bizi məhv edə bilərlər, lakin biz cavab verəcəyik; Bizi öldürə bilərlər, lakin özləri də öləcəklər. Nə üçün gəldiklərini , niyə gəldiklərini başa düşmürəm”-deyə Volodimir Zelenski bildirib.