"Voice"in finalı - bu gün, saat 22:00, Birinci Kanalda
"Voice"in finalı - bu gün, saat 22:00, Birinci Kanalda

 

Bu gün Gürcüstanın Birinci Kanalında “Voice” musiqili meqaşousunun finalı keçiriləcək.

Gürcüstanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək meqaşounun qalibi tamaşaçıların səslərinin sayına əsasən müəyyənləşəcək.

Qiorqi Datiaşvili, Tako Kakalaşvili, Tina Datikaşvili, Lika Siradze, Likuna Tutisani, Anka Tataraşvili, İru Xeçanovi, Kaxa Aslamazaşvili “Voice”in finalçılarıdır.

Musiqili meqaşounun finalı Birinci Kanalda saat 22:00-da başlayacaq.