Vladimir Putin - Qərbin Rusiyaya qarşı sanksiyaları onları tətbiq edən ölkələrə zərbə vurur və qlobal böhranın təşviqinə səbəb olur
Qərbin Rusiyaya qarşı sanksiyaları onları tətbiq edən ölkələrə zərbə vurur və qlobal böhranı təşviq edir-bu barədə Rusiya prezidenti Vladimir Putin iqtisadi məsələlərlə bağlı keçirilən görüşdə bildirib.
“Bu sanksiyalar əsasən qlobal böhrana səbəb olur. Sanksiyaların uzaqgörənliyi olmayan, siyasi ambisiyalarla şişmiş, rusofobiyanı rəhbər tutan müəllifləri daha çox öz milli maraqlarına, öz iqtisadiyyatlarına, vətəndaşlarının rifahına zərbə vururdular” -deyə Putin bildirib.
Rusiya prezidentinin sözlərinə görə, bu ilk növbədə Avropada inflyasiyanın kəskin artmasından aydın görünür, bəzi ölkələrdə inflyasiya artıq illik 20%-ə yaxınlaşır, ümumilikdə Avrozonada məhsulların qiymətləri 11%-dən çox artıb.
Putinin sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların qlobal nəticələrində, o cümlədən bir sıra ölkələrdə mümkün qıtlığa görə məsuliyyət “öz hakimiyyətləri üçün dünyanın qalan hissəsini qurban verməyə hazır olan” Qərb ölkələrinin üzərinə düşür.
Rusiya prezidenti əlavə edib ki, onun ölkəsinə qarşı “sanksiyalara aludəçilik” siyasətinin davam etdirilməsi Avropa İttifaqı vətəndaşları və dünyanın ən kasıb ölkələri üçün ən çətin və dönməz nəticələrə gətirib çıxaracaq.