Vladimir Putin Qazaxıstanda səfərdədir
Vladimir Putin Qazaxıstanda səfərdədir

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanda səfərdədir. Məlumatı “Tass” yayır.

Vladimir Putin Akorda dövlət iqamətgahında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək. Görüş zamanı iki ölkə arasında əməkdaşlığın perspektivləri və dünyada baş verən cari hadisələr müzakirə olunacaq.

Görüşdən sonra Qazaxıstan və Rusiya prezidentləri mətbuata açıqlamalar verəcəklər.

Rusiya və Qazaxıstan prezidentləri, eləcə də mövzusu “Kənd təsərrüfatı güclü iqtisadiyyatın əsası kimi” olan XIX Regionlararası Əməkdaşlıq Forumunun plenar iclasını keçirəcəklər.