Vladimir Putin Antonio Quterreşə - deməyin ki, humanitar dəhlizlər fəaliyyət göstərmir, sizi aldadıblar
Rusiya Prezidenti Vladimir Putin BMT-nin Baş katibi Antonio Quterreşlə görüşündə Ukraynada humanitar dəhlizlərin fəaliyyət göstərdiyini və Antonio Quterreşin aldadıldığını bildirib.
Məlumatı “Rianovosti” yayır.
Putin bu barədə bəyanatı BMT baş katibinin Rusiya prezidenti ilə görüşü zamanı Rusiyanın Ukraynaya müdaxiləsindən sonra yaranmış humanitar vəziyyətdən narahat olduğunu söyləməsindən sonra verib.
“Deməyin ki, humanitar dəhlizlər fəaliyyət göstərmir, sizi aldadıblar. Humanitar dəhlizlər fəaliyyət göstərir. 130 – 140 min insan Mariupoldan çıxdı, onlar hara istəsələr, gedə bilərlər.
Kimsə Rusiyaya, kimsə Ukraynada harasa getmək istəsə, biz onları saxlamırıq, hər cür yardım və dəstəyi veririk. Eyni şeyi mülki şəxslər də edə bilər, əgər “Azovstal” ərazisindədirlərsə – onlar çıxa bilər”-deyə Putin söyləyib.