Vladimir Medinski - danışıqlar zamanı Ukraynadan təkliflər almışıq, bu təkliflər yaxın gələcəkdə müzakirə olunacaq, bu barədə prezidentə məlumat veriləcək və müvafiq cavab olacaq
Rusiya Ukraynadakı münaqişənin de-eskalasiyası istiqamətində iki addım atır, Rusiya Federasiyası İstanbulda Ukraynadan “aydın şəkildə ifadə edilmiş mövqe” alıb -bu barədə Ukrayna ilə danışıqlar prosesində Rusiya nümayəndə heyətinin rəhbəri , Rusiya prezidentinin müşaviri Vladimir Medinski İstanbulda, danışıqlardan sonra bildirib.
Rusiya nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, razılaşma üzərində tez iş aparılsa və kompromis tapılarsa, sülhün bərqərar olması ehtimalı daha tez olacaq.
Bununla yanaşı, Rusiya mətbuatının yazdığına görə, Moskva Kiyevə prezident Putin və Zelenski arasında xarici işlər nazirləri tərəfindən sülh sazişi imzalanması ilə birlikdə görüş təklif edib.
” Danışıqlar konstruktiv keçdi. Biz Ukraynadan müzakirə edilmək üçün təkliflər almışıq – onların sazişə daxil edilməsi ilə bağlı aydın şəkildə ifadə edilmiş mövqe var. Bu təkliflər yaxın gələcəkdə müzakirə olunacaq, bu barədə prezidentə məlumat veriləcək və müvafiq cavab olacaq” -deyə Medinski bildirib.
Rusiya nümayəndə heyətinin rəhbəri qeyd edib ki, razılaşma hazırlanan kimi Putinlə Zelenski arasında görüş mümkündür.