Vladimer Putin Ukraynanın bütün ərazisində yaşayan insanların Rusiya vətəndaşlığını almasını sadələşdirib
Rusiya prezidenti Vladimer Putin Ukraynanın bütün ərazisində yaşayan insanların Rusiya vətəndaşlığını almasını sadələşdirib.
Məlumatı Rusiya mətbuatı yayır.
” Ukraynanın, Donetsk Xalq Respublikası və ya Luqansk Xalq Respublikasının vətəndaşları və Donetsk Xalq Respublikası və ya Luqansk Xalq Respublikası və ya Ukrayna ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin sadələşdirilmiş qaydada Rusiya Federasiyasının vətəndaşlığı üçün müraciət etmək hüququna malik olması müəyyən edilsin” -deyə Rusiya prezidentinin sərəncamda deyilir.