Vladimer Putin Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasının ləğvi haqqında qanunu imzalayıb
Vladimer Putin Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasının ləğvi haqqında qanunu imzalayıb

 
Rusiya Prezidenti Vladimer Putin Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasının ləğvi haqqında qanunu imzalayıb. Rusiya mətbuatının yaydığı məlumata əsasən, müvafiq sənəd artıq Rusiyanın hüquqi aktları portalında dərc olunub.

Müvafiq təşəbbüs oktyabrın 13-də Rusiya Dumasında qeydiyyatdan keçirilib. Rusiya bu sazişi 1996-cı ildə ratifikasiya edib.

Rusiyanın Nüvə Sınaqlarının Qadağası Təşkilatındakı nümayəndəsi Mixail Ulyanovun dediyi kimi, Moskva nüvə sınaqlarını bərpa etməyi planlaşdırmır və sazişdən çıxmaq qərarında məqsəd qeyd olunan sazişi ratifikasiya etməmiş ABŞ-la bərabər şəraitdə olmaqdır.

Qeyd etmək lazımdır ki, Çin, Hindistan, Pakistan, İsrail, İran və Misir Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini ratifikasiya etməyib.