Vladimer Putin iyulun 19-da Tehranda İran və Türkiyə liderləri ilə görüşməyi planlaşdırır
Rusiya prezidenti Vladimer Putin iyulun 19-da Tehranda İran və Türkiyə liderləri ilə görüşəcək. Məlumatı Kremlin mətbuat xidməti yayır.
Dimitri Peskovun sözlərinə görə, Putinin Tehrana səfəri hazırlıq mərhələsindədir. “Astana prosesinin qarant dövlətlərinin liderləri ilə görüş keçiriləcək”, -deyə Peskov bildirib. O, üçtərəfli görüşlə yanaşı, ikitərəfli dinləmələrin də keçiriləcəyini bildirib.