Vladimer Putin "qeyri-dost ölkələr"-lə qaz ticarəti qaydaları haqqında fərman imzalayıb

 

Rusiya prezidenti Vladimer Putin “qeyri-dost ölkələr”-lə qaz ticarəti qaydaları haqqında fərman imzalayıb.

Rus mətbuatının məlumatına görə, Putin bu barədə aviasiya sektorundakı vəziyyətlə bağlı iclasın açılışında bildirib.

Putinin fərmanına əsasən, Rusiyadan qaz almaq üçün bəhsi keçən ölkələr Rusiya banklarında hesab açmalıdırlar. Yeni qaydalar aprelin 1-dən qüvvəyə minəcək.

“Biz belə ölkələrdən olan müqaviləçilərə aydın və şəffaf sxem təklif edirik. Rus təbii qazını almaq üçün Rusiya banklarında rubl hesabı açmalıdırlar. Tədarük edilən təbii qaz üçün nəzərdə tutulan ödəmə məhz bu hesablardan sabahkı gündən, cari ilin aprelin 1-dən həyata keçiriləcək”-deyə Vladimer Putin bildirib.

Bundan əvvəl Rusiya prezidenti “Gazprom”, mərkəzi bank və hökumətə martın 31-dək “qeyri-dost ölkələrə” nəql olunan qazın ödəmələrinin rubla keçirilməsini təşkil etməyi tapşırmışdı. “Böyük yeddilik” ölkələri qazın pulunu rublla ödəməkdən imtina etdilər.